ABŞ-da turistləri daşıyan avtobus aşıb, 4 nəfər ölüb, 30-u yaralanıb

ABŞ-da turistləri daşıyan avtobus aşıb, 4 nəfər ölüb, 30-u yaralanıb
# 21 sentyabr 2019 04:10 (UTC +04:00)


ABŞ-ın Yuta ştatında turistləri daşıyan avtobusla yük maşını ilə toqquşub.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində dörd nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisə “Bryce Canyon” Milli Parkının ərazisində baş verib.

Qəza yerinə bir neçə tibbi helikopter və xilasetmə qrupları göndərilib.

Təxminən 30 nəfərin olduğu avtobus dağ yolunda qəzaya uğrayıb. Avtobus əvvəlcə maneəyə çırpılıb, sonra isə aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR