ABŞ-da yeniyetmə məktəbdə silahlı insident törədib, ölənlər var - YENİLƏNİB

ABŞ-da yeniyetmə məktəbdə silahlı insident törədib, ölənlər var - YENİLƏNİB
# 15 noyabr 2019 02:58 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərində yerləşən "Saugus High School" məktəbində baş vermiş atışma nəticəsində iki şagird ölüb, üçü yaralanıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri xəbər verib.

Şəhər polisinin verdiyi məlumata görə, atışma səhər saat 7:30-da başlayan birinci dərs vaxtı baş verib. Los-Anceles dairəsinin şerifi Aleks Villanuevanın sözlərinə görə, insidentlə bağlı zəng polis şöbəsinə saat 7:38-də daxil olub. Polis işçiləri hadisə yerinə iki dəqiqəyə çatıblar. Yaralanan şagirdlərə təcili tibbi yardım göstərilib. Şübhəli şəxsi bir neçə dəqiqə axtardıqdan sonra məlum olub ki, o, yaralanan şagirdlərdən biridir. Los-Anceles dairəsinin polis kapitanı Kent Ueqener deyib ki, şübhəli şəxs başından güllə yarası aldığı üçün xəstəxanaya aparılıb. Polis iddia edir ki, o, iki şagirdi qətlə yetirəndən sonra özünə sui-qəsd etmək istəyib.

Qeyd olunur ki, ölən şagirdlərin 14 və 16 yaşları var. Zərərçəkənlər və şübhəli şəxs bir məktəbin şagirdləridirlər.

***

Saat 22:27

ABŞ-ın Kaliforniya ştatı, Santa-Klarita şəhərindəki məktəbdə baş vermiş silahlı insidentdə azı 6 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Los-Ancelesdən təqribən 65 kilometr şimalda yerləşən “Saugus High School” məktəbində törədilib.

“Los Angeles Times” nəşrinin polisə istinadən yazdığına görə, silahlı şəxs qara paltarlı 15 yaşlı yeniyetmə olub. Cinayət məktəbin şəhərciyində törədilib.

Polis bildirib ki, cinayətkar insidentdən sonra özünü öldürüb. Hazırda onun evində axtarış aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR