ABŞ dövlət katibinin köməkçisi Moskvaya səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Moskvaya səfər edəcək
# 16 sentyabr 2019 11:14 (UTC +04:00)

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Berlin və Moskvaya səfər edəcək.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, F. Riker sentyabrın 16-da Berlində ABŞ-Almaniya Strateji Dialoqu ilə bağlı görüşdə iştirak edəcək.

Sentyabrın 17-18-də isə o, Moskvaya gedəcək və burada ikitərəfli münasibətləri müzakirə etmək üçün rusiyalı həmkarları ilə görüşəcək.

ABŞ rəsmisinin Rusiya vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR