ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
  • Clock-gray 10:53
  • calendar-gray 01 Noyabr 2019

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Bildirilib ki, yeni sanksiyalar birbaşa və ya dolayı yolla İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan tikinti sektoru və İranın nüvə, hərbi və ya ballistik raket proqramları ilə əlaqədar istifadə olunan dörd strateji materiala aid edilib.

“Bu qərarla ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun tikinti sektoru və nüvə silahının yayılması proqramları üçün strateji material əldə etməsinin qarşısını almaq səlahiyyətlərinə sahib olacaq. ABŞ İranın nüvə proqramından imtinası ilə bağlı danışıqlar aparmaq və İranın nüvə proqramı fəaliyyətini əngəlləmək üçün bütün diplomatik və iqtisadi vasitələrdən istifadə etmək əzmindədir. İran rejimi diplomatiyanı rədd etməyə və nüvə proqramını genişləndirməyə davam edərsə, iqtisadi təzyiq və diplomatik təcrid güclənəcək", - deyə məlumatda qeyd olunub.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date