ABŞ İranın informasiya-kommunikasiya texnologiyaları nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ İranın informasiya-kommunikasiya texnologiyaları nazirinə qarşı sanksiya tətbiq edib
# 23 noyabr 2019 06:54 (UTC +04:00)

ABŞ hökuməti İrana qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib və buraya ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromini əlavə edib.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat açıqlamasında qeyd olunduğu kimi, məhdudlaşdırıcı tədbirlər Vaşinqton tərəfindən “İran rejiminin internetin geniş yayılmış senzurasında” Cahrominin iştirak etməsini düşünməsi ilə əlaqədar olaraq tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR