ABŞ məhkəməsi Meksika ilə sərhəddə hasar çəkilməsinə icazə verməyib

ABŞ məhkəməsi Meksika ilə sərhəddə hasar çəkilməsinə icazə verməyib
# 04 iyul 2019 09:15 (UTC +04:00)

San-Fransisko şəhərindəki ABŞ 9-cu dairə apellyasiya məhkəməsi Meksika ilə sərhəddə hasar çəkilməsi üçün Pentaqonun büdcəsindən vəsait ayrılmasının qarşısını alan qərarı qüvvədə saxlayıb. Qərar məhkəmənin saytında yerləşdirilib.

APA “Life”a istinadən xəbər verir ki, belə olan halda Kaliforniya ştatının şimal dairəsi federal məhkəməsinin əvvəlki qərarlarına etiraz olaraq Donald Tramp administrasiyasının irəli sürdüyü ərizə qüvvədən düşmüş sayılır.

Sənəddə qeyd olunur ki, vəsaitin ayırılması qərarı ABŞ Konqresinin qanunvericiləri tərəfindən qəbul olunmalıdır. Bununla belə, Tramp bu məqsədlə Pentaqonun büdcəsindən təxminən 2,5 mlrd. dollar vəsaitin ayırılmasına nail ola bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR