ABŞ Nümayəndələr Palatası Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Nümayəndələr Palatası Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
  • Clock-gray 08:37
  • calendar-gray 20 Sentyabr 2019

ABŞ Nümayəndələr Palatası cümə axşamı Ukraynaya hərbi yardım üçün 250 milyon dollar ayrılmasını təsdiqləyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, müvafiq bənd federal hökumətin noyabrın 21-dək müvəqqəti maliyyələşdirilməsi haqqında konqresmenlər tərəfindən təsdiqlənən qanun layihəsində göstərilib.

Sənəddə bildirilib ki, Ukraynaya hərbi yardım üçün vəsait ayrılması ABŞ-da oktyabrın 1-də başlayacaq növbəti maliyyə ilində davam edəcək. Kiyevə hərbi yardım üçün maliyyə ayırılması proqramı, millət vəkilləri tərəfindən təxirə salınmazsa, sentyabrın 30-da başa çata bilər. Nümayəndələr Palatasına nəzarət edən demokratlar ABŞ prezidenti Donald Trampın bu maddəyə yenidən baxa və ya onu ixtisara sala biləcəyindən ehtiyat edirlər.

Respublikaçılar tərəfindən idarə olunan Konqres Senatının qanun layihəsini gələn həftə nəzərdən keçirməsi gözlənilir. Maliyyələşdirmə məsələsində iki tərəf arasındakı uyğunsuzluq onun qəbulunu ləngidə bilər, amma mütəxəssislər senatorların sənədi təsdiqləyəcəklərinə və nəticədə onun Trampın masası üzərinə qoyulacağına inanırlar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date