ABŞ Polşaya əlavə hərbi qulluqçu göndərir

ABŞ Polşaya əlavə hərbi qulluqçu göndərir
# 12 iyun 2019 05:22 (UTC +04:00)

ABŞ Polşaya əlavə 1000 nəfərlik hərbi qulluqçu göndərir. Hazırda orada bu ölkənin 4 minlik hərbi qulluqçusu var.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Defense One" elektron nəşri özəl mənbəyə istinadən məlumat yayıb.

Göndəriləcək əlavə şəxsi heyət maddi-texniki məsələlərlə məşğul olacaq. Onlar hər hansı hərbi təyinatlara cəlb edilməyəcək.

Vaşinqtonla Varşava arasında əldə olunmuş razılaşmanın bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla Polşa lideri Andjey Dudanın görüşündə elan ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR