Tramp ötən gün ABŞ-ın İrana aviazərbə endirməyə hazırlaşdığını təsdiqləyib

Tramp ötən gün ABŞ-ın İrana aviazərbə endirməyə hazırlaşdığını təsdiqləyib
# 21 iyun 2019 17:20 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp ötən gün 3 İran obyektinə zərb endirmək əmrini verməyə hazır olduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə o, rəsmi “Twitter” səhifəsində yazıb.

“Biz ötən gün cavab zərbəsi endirməyə hazır idik. Nə qədər insanın öləcəyini soruşduqda, general mənə 150 nəfərlik itkinin olacağını bildirdi. Zərbənin endirilməsinə 10 dəqiqə qalmış mən dayanmaq əmrini verdim. Ötən gündən İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başlamışıq. İran heç zaman nüvə silahına sahib olmayacaq”, - deyə Donald Tramp qeyd edib.

Ötən gün İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu bəyan edib. İran tərəfinin açıqlamasına görə, dron ölkənin hava məkanını pozub. ABŞ Mərkəzi Komandanlığı uçuş aparatının vurulduğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR