ABŞ sentyabrda defoltla üzləşə bilər

ABŞ sentyabrda defoltla üzləşə bilər
  • Clock-gray 12:17
  • calendar-gray 09 İyul 2019

Nəzarətsiz büdcə xərcləri və büdcə gəlirlərinin aşağı səviyyədə olması səbəbindən artıq bu ilin sentyabr ayında ABŞ defoltla üzləşə bilər.  

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İkipartiyalı Siyasət Mərkəzinin dərc etdiyi analitik hesabata əsasən, ABŞ-ın dövlət büdcəsinə vergi daxilolmaları gözləniləndən az olub və bu, artıq sentyabr ayında defolta gətirib çıxara bilər. Proqnozlara görə, sentyabrın ilk yarısında Federal hökumət hesablar üzrə ödənişləri tam və vaxtında həyata keçirə bilməyəcək. Sənədin müəlliflərinin fikrincə, Vaşinqton rəhbərliyi yaxın gələcəkdə ABŞ Konqresi ilə dövlət borcunun yuxarı həddinin artırılmasına dair danışıqları aktivləşdirməlidir.

Qeyd edək ki, ABŞ-ın dövlət büdcəsinə vergi daxilolmaları gözlənilən 5-6% əvəzinə cəmi 2-3% artıb. İki ay bundan öncə ekspertlər defoltun oktyabr ayında olacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, 2019-cu maliyyə ilinin ilk doqquz ayında ABŞ-ın dövlət büdcəsinin kəsiri 746 mlrd. dollara çatıb. Son iki il ərzində ABŞ-ın dövlət borcu 2 trln. dollar artıb və hazırda 22 trln. dollar təşkil edir.

APA-Economics

Digər xəbərlər

Arxiv

date