ABŞ uyğurlara görə 28 Çin təşkilatına sanksiya tətbiq edib

ABŞ uyğurlara görə 28 Çin təşkilatına sanksiya tətbiq edib
# 08 oktyabr 2019 04:39 (UTC +04:00)

ABŞ-ın Ticarət Nazirliyi Çin Xalq Respublikasında uyğurlarla yaranmış vəziyyətə görə bu ölkənin 28 təşkilatını sanksiya siyahısına daxil edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin bazasında dərc edilmiş sənəddə deyilir.

“Bu 28 təşkilat ABŞ hökuməti tərəfindən ABŞ-ın xarici siyasət maraqlarına zidd olduğu üçün müəyyən edilib. Bu təşkilatlar Sinszyan-Uyğur muxtar vilayətində Çinin uyğurlara, qazaxlara və digər müsəlman azlığın üzvlərinə qarşı apardığı insan haqlarının pozulması siyasətində iştirak edirlər. Təşkilatların hamısı ÇXR ərazisində yerləşir”, - deyə sənəddə qeyd olunur.

Məhdudiyyətlər bu təşkilatlarla əlaqəli obyektlərə münasibətdə ixrac, təkrar ixrac, həmçinin lisenziyaların verilməsindən imtina imkanını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR