Ağ Ev: ABŞ "S-400" və "F-35" ətrafındakı vəziyyətin həllinin ən yaxşı üsulunu Türkiyəyə izah edib

Ağ Ev: ABŞ "S-400" və "F-35" ətrafındakı vəziyyətin həllinin ən yaxşı üsulunu Türkiyəyə izah edib
  • Clock-gray 04:46
  • calendar-gray 13 Noyabr 2019

Rəsmi Vaşinqton Rusiyanın "S-400" zenit-raket sistemləri və ABŞ-ın çoxhədəfli “F-35” qırıcılarının istehsalı proqramı ətrafında yaranmış vəziyyətin həlli üçün Türkiyəyə ən münasib variantı təqdim edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə telefon brifinqi zamanı jurnalistlərə ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan zenit-raket sistemlərindən imtina etməsində israrlı olan Birləşmiş Ştatlar administrasiyası "S-400" ətrafında yaranmış vəziyyətin həllində “ən münasib üsulunun nədən ibarət olduğunu Türkiyə hökumətinə izah edib”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date