Argentinada avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 45 nəfər xəsarət alıb

Argentinada avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 45 nəfər xəsarət alıb
# 01 iyul 2019 22:55 (UTC +04:00)

Argentinanın Tukuman əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, daha 45 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Todo Noticias” telekanalı məlumat yayıb.

Bildirilir ki, Mendosa şəhərindən Santyaqo-del-Estero şəhərinə yola düşən avtobus sərt döngədə aşıb. Həmin vaxt güclü dumanın olduğu deyilir. Buna görə də sürücü yolu görməkdə çətinlik çəkib.

Məlumata görə, avtobusun sərnişinləri Termas-de-Rio-Ondo şəhərinə kurorta yollanan təqaüdçülər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR