Beynəlxalq Kosmik Stansiyaya gedəcək 63-cü ekspedisiyanın tərkibi məlum olub

Beynəlxalq Kosmik Stansiyaya gedəcək 63-cü ekspedisiyanın tərkibi məlum olub
# 31 oktyabr 2019 08:22 (UTC +04:00)


2020-ci ilin aprel ayında NASA kosmonavtları Kris Kassidi, həmçinin rus kosmonavtlar Nikolay Tixonov və Andrey Babkin Beynəlxalq Kosmik Stansiyaya (ISS) 63-cü ekspedisiyaya yola düşəcəklər.

APA-nın TASS-a istinadla verdiyi məlumata görə, yeni heyət hazırda orbital stansiyada olan NASA kosmonavtları - Cessika Meiri, Andrey Morganı, eləcə də rusiyalı kosmonavt Oleq Skripoçkanı əvəz edəcək.

Heyətin rəhbəri Kris Kassidi olacaq. 63-cü ekspedisiya 2020-ci ilin oktyabrına qədər davam edəcək.

Qeyd edək ki, bu uçuş Kassidinin Kosmosa üçüncü səfəri olacaq. O, 2009-cu ildə “Endeavour” kosmik gəmisində kosmosa uçuş edən 500-cü adam olub. Kassidi 2013-cü ildə İSS-ə gedən 35 və 36-cı ekspedisiyalarda iştirak edib, ümumilikdə orbitdə 182 gün keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR