Boliviya polisi silahlı qüvvələri ölkədə asayişin təmin olunmasına kömək etməyə çağırıb

Boliviya polisi silahlı qüvvələri ölkədə asayişin təmin olunmasına kömək etməyə çağırıb
# 12 noyabr 2019 06:14 (UTC +04:00)

Boliviya prezidenti Evo Moralesin istefasına baxmayaraq, ölkədə vəziyyət hələ də gərgin olaraq qalır.

APA TASS-a istinadən xəbər verir ki, ölkədə müxalifət tərəfdarları ilə istefa verən prezidenti dəstəkləyənlər arasında toqquşmalar səngimir.

La Pas şəhərinin təhlükəsizlik rəhbəri Xose Antonio Barreneseya ötən gün ölkədə sabitliyin bərpası istiqamətində qan tökülməməsi məqsədilə əhaliyə çağırış edib.

Boliviya polisi iğtişaşların qarşısının alınması, sabitliyin bərpa edilməsi üçün kifayət qədər gücü olmadığını bildirib.

Bu səbəbdən yerli polis tərəfindən respublikanın silahlı qüvvələrinə müraciət edilərək, ölkədə nizam yaratmaq üçün yardım edilməsi istənilib.

Qeyd edək ki, bu il oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində qalib olmuş Evo Morales noyabrın 10-da istefa verib. Bunun səbəbi silahlı qüvvələrin, müxalifət və həmkarlar ittifaqlarının onun vəzifəsini tərk etməsi tələbi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR