Boliviya prezidenti istefa verib

Boliviya prezidenti istefa verib
# 11 noyabr 2019 01:18 (UTC +04:00)

Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk etdiyini deyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə yayımlanan müraciətində bildirib.

“Biz istefa veririk ki, bacı və qardaşlarımız, dövlət qulluqçularımız hücumlara məruz qalmasınlar və təhdid edilməsinlər”, - Morales belə deyib.

Qeyd edək ki, ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Boliviyada etirazlar 20 oktyabrda başlayıb və bu günə qədər davam edir. Üç böyük şəhərdə - Santa Kruz, Sukre və Koçabambada polis də etirazçılara qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR