Boliviya prezidenti müddət bitənədək vəzifəsini tərk etməyəcəyini elan edib

Boliviya prezidenti müddət bitənədək vəzifəsini tərk etməyəcəyini elan edib
# 10 noyabr 2019 23:52 (UTC +04:00)

Boliviya prezidenti Evo Morales, elan edildiyi kimi, yeni prezident seçkiləri keçirildikdən sonra istefa verməyəcəyini bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Morales son müddətə qədər vəzifəsində qalacağını deyib.

“Konstitusiyada deyilir ki, mandatın müddəti gələn il yanvarın 22-də bitir. İstefada israr edənlər dövlət çevrilişinə dair çıxış etmiş olurlar”, - Evo Morales belə deyib.

Prezidentin sözlərinə görə, o, “konstitusiya vəzifəsini sonacan yerinə yetirmək” və mandatı vaxtında başa vurmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR