Boliviyada iğtişaşlar zamanı 7 nəfər ölüb

Boliviyada iğtişaşlar zamanı 7 nəfər ölüb
# 13 noyabr 2019 07:12 (UTC +04:00)

Boliviyada etiraz aksiyaları zamanı azı 7 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “El Deber” qəzeti prokurorluğa istinadən məlumat yayıb.

Bundan əvvəl 2 nəfərin ölməsi, 12 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.

Məlumata görə, paytaxt La-Pasda 2 nəfər, Santa-Krus şəhərində 2 nəfər və 3 nəfər də Koçabambada ölüb.

Boliviyanın bütün rəhbər şəxsləri istefa etdikdən sonra ilk növbədə La-Pas, Koçabamba və Santa-Krus kimi böyük şəhərlərdə iğtişaşlar, yanğınlar törədilib və məmurların evlərinə hücumlar baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR