Boltonun ardınca ABŞ administrasiyasının daha 3 üzvü istefa verib

Boltonun ardınca ABŞ administrasiyasının daha 3 üzvü istefa verib
# 12 sentyabr 2019 03:52 (UTC +04:00)

ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Con Boltonun ardınca administrasiyanın daha 3 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, söhbət Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Qarret Marki və prezident köməkçisinin kommunikasiya direktoru Sara Tinslidən gedir.

Bundan başqa, Boltonun qrafikini tərtib edən Kristin Samuelyan da istefa ərizəsi yazmalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR