Braziliya prezidenti oğlunu ABŞ-a səfir təyin etmək istəyir

Braziliya prezidenti oğlunu ABŞ-a səfir təyin etmək istəyir
# 12 iyul 2019 12:07 (UTC +04:00)

Braziliya prezidenti Jair Bolsonaru oğlu Eduardo Bolsonarunu ABŞ-a səfir təyin etmək niyyətindədir.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, Braziliya prezidenti bu barədə yerli mətbuata açıqlamasında bildirib.

“Onun ABŞ prezidenti Donald Trampın övladları ilə yaxşı münasibətləri var. Eduardo Bolsonaru ingiliscə və fransızca danışır, həm də çox təcrübəlidir. Düşünürəm ki, o, bu posta tam uyğundur və Vaşinqtonda böyük işlər görə bilər”, - Braziliya prezidenti vurğulayıb.

Prezidentin oğlu isə jurnalistlərə açıqlamasında bildirib ki, əgər bu posta onun namizədliyi irəli sürülərsə o, Konqresdən istefa verəcək.

E. Bolsonaru əlavə edib ki, onun səfir postuna təyinatı atası ilə ölkənin xarici işlər naziri arasında danışıqların nəticəsindən asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR