Bu həftə ABŞ və Çin arasında ticarət danışıqlarının son turu keçiriləcək

Bu həftə ABŞ və Çin arasında ticarət danışıqlarının son turu keçiriləcək
# 07 oktyabr 2019 18:08 (UTC +04:00)

Bu həftə ABŞ və Çin arasında ticarət danışıqlarının son turu keçiriləcək.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişam deyib.

O bildirib ki, ABŞ rəsmiləri ilə Çindən gələn yüksək səviyyəli nümayəndə heyəti arasında danışıqlar oktyabrın 10-da başlayacaq.

“Müzakirələrin mövzusu texnologiya transferi, əqli mülkiyyət hüquqları, xidmətləri, qeyri-tarif maneələri, kənd təsərrüfatı olacaq", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR