Bu il ən çox satılan elektromobil modellərinin reytinqi açıqlanıb - TOP-10

Bu il ən çox satılan elektromobil modellərinin reytinqi açıqlanıb - TOP-10
# 15 iyul 2019 15:57 (UTC +04:00)

“InsideEV” onlayn jurnalı 2019-u ildə ABŞ-da ən çox satılan elektromobil modellərinin reytinqini tərtib edib.

APA-Economics”in sözügedən jurnala istinadən verdiyi məlumata görə, qiymətləndirmə avtomobillərin identifikasiya nömrəsi və avtomobil istehsalçılarının satış haqqında təqdim etdikləri məlumatlar əsasında aparılıb.

Ümumiyyətlə, ötən ilin sonuna dünyada 220 elektromobil (BEV) və plagin-hibrid (PHEV) modeli realizə edilib ki, bunun da 150-i elektrik avtomobillərin ən iri bazarı sayılan Çində satılıb. Belə ki, 2018-ci ildə Çində elektromobillərin satışı 71,4% və ya 500 min ədəd artaraq 1,2 mln-a çatıb. Ötən il dünyada satılan elektromobillərin 56%-i məhz Çinin payına düşüb.

ABŞ-da isə elektromobil və plagin-hibridlərin satışı 79% artıb. Ən çox satılan avtomobil modeli isə “Tesla Model 3” olub. Buna baxmayaraq, ABŞ-ın avtomobil bazarının cəmi 1%-i elektromobillərin payına düşür.

ABŞ-da bu il ən çox satılan elektromobil modelləri:

#

Model

Bu ilin yanvar-may aylarında satış həcmi, ədəd

1

Tesla Model 3

67 650

2

Tesla Model X

9 000

3

Chevrolet Bolt EV

8 281

4

Tesla Model S

7 225

5

Nissan Leaf

6 008

6

BMW i3

2 207

7

Volkswagen e-Golf

1 893

8

Audi e-tron

1 835

9

Jaguar I-Pace

1 309

10

Smart EQ fortwo

496

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR