Nikolas Maduro: "Müxalifətlə Norveçdə danışıqları davam etdirməyə hazırıq"

Nikolas Maduro: "Müxalifətlə Norveçdə danışıqları davam etdirməyə hazırıq"
# 03 iyul 2019 11:57 (UTC +04:00)

"Bu ilin sonuna qədər Venesuela hökuməti və müxalifəti arasında razılığın əldə olunması ehtimalı var".

APA "Tasnim"ə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.

O qeyd edib ki, administrasiyası bütün müxalifət qrupları ilə dialoqa açıqdır: “Mən əminəm ki, 2019-cu ildə biz qarşılıqlı anlaşma, sülh və Venesuela üçün dialoq və demokratiya məqsədilə möhtəşəm razılığa gələcəyik".

Prezident həmçinin vurğulayıb ki, onun rəhbərlik etdiyi hökumət müxalifətlə Norveçdə danışıqları davam etdirməyə hazırdır.

Qeyd edək ki, Venesuelada bu ilin yanvarında başlayan etiraz nümayişləri fonunda müxalifət lideri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra ölkədə vəziyyət gərginləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR