Çavuşoğlu və Pompeo telefonla C-400, F-35 və Suriya məsələlərini müzakirə ediblər

Çavuşoğlu və Pompeo telefonla C-400, F-35 və Suriya məsələlərini müzakirə ediblər
# 20 iyul 2019 17:17 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo telefon danışığı çərçivəsində Rusiyanın Ankaraya C-400 zenit-raket komplekslərinin tədarükü, Türkiyənin F-35 yeni qırıcı təyyarələrinin istehsalı proqramında iştirakı məsələlərini, həmçinin Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.

APA-nın Rusiyanın “Novosti” Agentliyinə istinadən verdiyi məlumata görə, bundan bir qədər öncə Rusiyanın C-400 sistemlərinin Türkiyəyə tədarükü başlanandan sonra Türkiyəni F-35 proqramından xaric etməsi barədə qərar qəbul etmişdi. Ankaranın sözügedən proqramda iştirakı 2020-ci ilin mart ayınadək başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR