Çilidə 6,2 bal gücündə zəlzələ olub

Çilidə 6,2 bal gücündə zəlzələ olub
# 05 noyabr 2019 08:17 (UTC +04:00)

Çilidə 6,2 bal gücündə zəlzələ baş verib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Santyaqodan 183 km şimalda, təxminən 5 milyon əhalisi olan bir bölgədə yerləşib. Yeraltı təkanların ocağı isə təxminən 40 km dərinlikdə yerləşir.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR