Çilidə etirazlar qarşıdurmalara səbəb olub

Çilidə etirazlar qarşıdurmalara səbəb olub
# 20 oktyabr 2019 02:58 (UTC +04:00)

Çilidə metro tariflərinin artması səbəbindən başlayan etirazlar yenidən polislə qarşıdurmaya səbəb olub, Santyaqonun mərkəzinə zirehli maşınlar gətirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, nümayişlər yalnız paytaxtda deyil, bir sıra şəhərlərdə, o cümlədən turistlər tərəfindən populyar olan Valparaiso, Vinya-del-Mar, Antofaqasta şəhərlərində keçirilib.

Etirazçılar alış-veriş mərkəzlərindən birində yanğın törədiblər, nəticədə Latın Amerikasının bir sıra ölkələrində mağazalara sahib olan böyük “Falabella” satış şəbəkəsi Santyaqodakı mağazalarını bağlamaq qərarına gəlib.

Paytaxtın ictimai nəqliyyatı üç avtobus yandırıldıqdan sonra işini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR