Çilidə oyun zalında atışma olub, ölənlər var

Çilidə oyun zalında atışma olub, ölənlər var
# 09 avqust 2019 08:41 (UTC +04:00)

Çilinin paytaxtı Santyaqoda oyun zallarının birində silahlı insident törədilib, nəticədə 5 nəfər ölüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, zala gələn naməlum silahlı şəxs orada insanlara atəş açıb. Hadisə zamanı 40-dan çox güllə səslərinin eşidildiyi deyilir.

Ehtimal olunur ki, insident şəxsi münaqişə səbəbindən baş verib. Silahlı şəxs atəş açdıqdan sonra qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR