Demokratlar Trampı irqçilikdə günahlandırıb

Demokratlar Trampı irqçilikdə günahlandırıb
# 17 iyul 2019 03:35 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın 4 konqresmen qadına "bəyənmirsinizsə, vətəninizə qayıdın" deməsi demokratların ciddi tənqidi ilə qarşılanıb. Bəziləri bunu irqi-ayrıseçkilik kimi qiymətləndirib.

APA “amerikanın səsi”nə istinadən xəbər verir ki, prezident bunu Somalidə anadan olan qanunverici, müsəlman İlhan Ömərə tviter hücumu ilə bağlı sualın cavabında deyib.

"Ölkəmiz haqda deyilənlər, anti-simit danışıqları, İsrailə nifrət, Əl-Qaidə kimi düşmənlərimizə sevgi görəndə, özünüz nə olduğunu yaxşı bilirsiiniz. Mən bunun demokratlar üçün yaxşı olacağını düşünmürəm" - deyə , Tramp əlavə edib.

Tramp Ömərdən başqa Aleksandria Kortez, Rəşidə Tlaib və Ayanna Presli kimi rəngləri ağ olmayan qadınları hədəf alıb. Onlar isə prezidenti irqlikdə ittiham ediblər.


İlhan Ömər cavab olaraq qeyd edib ki, Tramp ölkəmizdə irq, din, gender oriyentasiyası və mühacirətə əsalanaraq parçalanma yaradır: “Bu, onun bildiyi yeganə yoldur. O bunu da yaxşı bilir ki, biz bütün fərqlərimizlə həmrəyliyi qoruyub saxlayırıq".

Tramp administrasiyası qanunsuz mühacirlərin həbsinin davam etdirəcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR