Donald Tramp: “Hazırda Türkiyəyə sanksiya tətbiq etməyi düşünmürəm”

Donald Tramp: “Hazırda Türkiyəyə sanksiya tətbiq etməyi düşünmürəm”
# 18 iyul 2019 22:06 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampdan Türkiyəyə yönəlik açıqlama yayımlanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, ABŞ prezidenti S-400 zenit raket kompleksinin (ZRK) Türkiyəyə gətirilməsi mövzusunda bu ölkəyə sanksiya tətbiq etməyi düşünmdəiyini ifadə edib. Oval Ofisdə Trampa “Türkiyəyə sanksiya tətbiq edəcəksizmi?” sualına cavabı konkret olub: “ Xeyr, hazırda sanksiya haqqında düşünmürəm”.

Qeyd edək ki, Rusiyadan alınan S-400 ZRK-nın Türkiyəyə təhvil verilməsinə başlanılıb. Türkiyənin bu addımı ABŞ-ın ciddi narazılığına səbəb olub.

Bundan başqa, Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan beşinci nəsil F-35-lərin çatdırılması ilə uyğun gəlmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR