Donald Tramp: "Nensi Pelosi və Adam Şiff barəsində impiçment elan olunmalıdır"

Donald Tramp: "Nensi Pelosi və Adam Şiff barəsində impiçment elan olunmalıdır"
  • Clock-gray 11:26
  • calendar-gray 07 Oktyabr 2019

"ABŞ Konqresinin spikeri Nensi Pelosi və Konqresin kəşfiyyat komitəsinin sədri Adam Şiff barəsində törətdikləri əməllərə və dövlətə xəyanətə görə impiçment elan olunmalıdır".

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Nansi Pelosi Adam Şiffin bilərəkdən etdiyi aldadıcı çıxışında Konqresə və Amerika xalqına söylədiyi yalanlardan və kütləvi fırıldaqlardan, həmçinin "vəkil və kəşfiyyatçı" arasında qeyri-qanuni görüşlərdən xəbərdar idi. Bütün bunlara görə N.Pelosi də dövlətə xəyanət və digər ağır cinayətlərdə A.Şiff qədər günahkardır və onlar barəsində dərhal impiçment elan olunmalıdır", - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ Demokrat Partiyasının üzvləri, o cümlədən N. Pelosi və A. Şiffin təşəbbüsü ilə D. Tramp barəsində impiçment prosesi başladılıb. D. Tramp dövlət maraqlarını şəxsi maraqlarını qurban veməkdə günahlandırılır.

ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında iyul ayının 25-də baş tutan telefon danışığından sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Ağ Ev D. Tramp və V. Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb. ABŞ Prezidenti ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirib ki, V. Zelenski Bayden məsələsinə baxsa, əla olar.

Ukrayna Prezidenti isə öz növbəsində vəd edib ki, yeni Baş prokuror bu məsələ ilə məşğul olacaq.

Artıq ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayıb. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.

Bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date