Donald Tramp: “PKK İŞİD-dən daha təhlükəlidir”

Donald Tramp: “PKK İŞİD-dən daha təhlükəlidir”
# 16 oktyabr 2019 23:54 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Fəratın şərqindəki “Barış bulağı” hərəkatı ilə bağlı yeni açıqlamalar verib.

APA-nın Türkiyə bürosunun yerli mediaya istinadla verdiyi məlumata görə, prezidenti Donald Tramp Ağ Evdə İtaliya Prezidenti Serdjo Matarella ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ rəsmi Ankaranın Suriyadakı son fəaliyyətləri ilə bağlı Türkiyəyə sanksiyalar tətbiq etməyi, bölgədə savaşmaqdan daha üstün hesab edir.

PKK/YPG-nin İŞİD-lə mübarizəsində ABŞ-dan dəstək aldığı zamanlarda bölgədə daha yaxşı döyüşdüklərini vurğulayan Tramp deyib ki, hazırda PKK İŞİD-dən daha təhlükəlidir: “Kürdlər vuruşmağı yaxşı bilir, amma onlar da mələk deyil, bizimlə əməkdaşlıq etdikləri zaman onlara çox pul xərclədik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR