Tramp: "Türkiyə-Suriya sərhədində təhlükəsiz zona yaradılıb"

Tramp: "Türkiyə-Suriya sərhədində təhlükəsiz zona yaradılıb"
# 23 oktyabr 2019 17:08 (UTC +04:00)

Türkiyə-Suriya sərhədində təhlükəsiz zona yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Türkiyə-Suriya sərhədində böyük uğur əldə olunub. Təhlükəsiz zona yaradılıb! Atəşkəs rejiminə keçilib və döyüş tapşırıqları başa çatıb. Kürdlər təhlükəsizlikdədir və bizimlə çox yaxşı əməkdaşlıq ediblər. Tutulan İŞİD döyüşçüləri təhlükəsiz şəraitdə saxlanılırlar", - deyə Tramp bilidirib.

ABŞ Prezidenti qeyd edib ki, məsələ ilə bağlı Ağ Evdən açıqlama yayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR