Donald Tramp: "Ümid edirəm, Türkiyə ilə S-400 problemini həll edəcəyik"

Donald Tramp: "Ümid edirəm, Türkiyə ilə S-400 problemini həll edəcəyik"
# 14 noyabr 2019 02:38 (UTC +04:00)

"Ümid edirəm, Türkiyə ilə S-400 problemini həll edəcəyik"

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu ABŞ-da rəsmi heyətlə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında prezident Donald Tramp bildirib.

Görüşü yüksək dəyərləndirən Donald Tramp bildirib ki, Türkiyə NATO üçün ən önəmli ölkədir. Bu görüşün ABŞ üçün uğurlu nəticə ilə başa çatdığını vurğulayan Tramp qeyd edib ki, türkiyəli həmkarı ilə Suriyada təhlükəsiz bölgə, S-400 və iki ölkənin ticarət əlaqələri mövzusunda müzakirələr aparılıb.

Türkiyə prezidenti Ərdoğan deyib ki, ABŞ-la köklü müttəfiqilik əlaqələri mövcuddur və S-400 sistemi, eləcə də “F-35” təyyarələri ilə bağlı problemin danışıqlar masası ətrafında çözülməsi mümkündür.

Qeyd edək ki, Ərdoğan görüş əsnasında həmçinin 2016-cı ildə 15 iyul dövlət çevrilişinə cəhddə Fətullah Gülənin başçılığı ilə terror aktlarında baş verənləri xatırladaraq Gülənin Türkiyəyə qaytarılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR