"Dorian" qasırğası Baham adalarında 7 nəfərin ölümünə səbəb olub

"Dorian" qasırğası Baham adalarında 7 nəfərin ölümünə səbəb olub
# 04 sentyabr 2019 09:02 (UTC +04:00)

Baham adalarında azı 7 nəfər “Dorian” qasırğasının qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə “Reuters” Baham Adaları Birliyinin baş naziri Hyubert Minnisə istinadən məlumat yayıb.

O, ölü sayının arta biləcəyini də istisna etməyib.

“Bloomberg”in məlumatına görə, 50 mindən çox insanın yaşadığı Böyük Baham adası təqribən 70% suyun altında qalıb. Böyük Baham adalarında və qonşu Abako adasında bütün dəniz limanları və aeroportlar ya suda batıb, ya da ciddi ziyan görüb, bud a sakinlərin təxliyyəsini çətinləşdirir.

ABŞ Milli Qasırğaları Müşahidə Mərkəzinin məlumatına görə, “Dorian” Florida sahillərindən 180 km şərqdə yerləşir və 2,5 m/s sürətilə şimal-qərbə doğru hərəkət edir. Küləyin sürəti saniyədə 48,6 metrə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR