Ekvadorda aksiyalar zamanı 7 nəfər ölüb, 1300-dən çox insan yaralanıb

Ekvadorda aksiyalar zamanı 7 nəfər ölüb, 1300-dən çox insan yaralanıb
  • Clock-gray 02:13
  • calendar-gray 14 Oktyabr 2019

Ekvadorda hökumət əleyhinə keçirilən aksiyalarda nümayişçilərlə polis qüvvələri arasında baş vermiş toqquşmalarda azı 7 nəfər ölüb, daha 1340 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkədə İnsan Haqları üzrə Müvəkkil Aparatının saytında yerləşdirilən açıqlamada deyilir.

Sənəddə qeyd olunur ki, 3 oktyabrda nümayişlər başlayandan bəri 1121 nəfər saxlanılıb. Bundan əvvəl Ekvadorun daxili işlər naziri Mariya Paula Romo etirazlar zamanı ən azı 86 polisin yaralandığını bildirmişdi.

Qeyd edək ki, oktyabrın 1-də Ekvador prezidenti Lenin Moreno 3 oktyabr tarixindən dizel yanacağı və benzin üçün subsidiyaların ləğv edilməsi haqqında sərəncam imzalayıb, bundan sonra qiymətlər 120%-dən çox artıb. Buna etiraz olaraq bir neçə şəhərdə aksiyalar baş qaldırıb, bəzi yerlərdə isə iğtişaşlar baş verib. Nəticədə prezident fövqəladə vəziyyət elan edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date