Ərdoğan: “Trampdan ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməyəcəyini eşitdik”

Ərdoğan: “Trampdan ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməyəcəyini eşitdik”
# 29 iyun 2019 13:50 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində G 20 ölkələri liderlərinin sammiti çərçivəsində görüşlərindən sonra mətbuat konfransı keçirib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan ABŞ, Rusiya, Fransa, Hindistan, Almaniya, Böyük Britaniya, İndoneziya ölkələrinin rəhbərləri, BMT-nin baş katibi və Dünya Bankının rəhbəri ilə təkbətək görüşdüyünü, bu görüşlərin həm ölkələr, həm də region üçün əhəmiyyəti olacağını bildirib.

R. T. Ərdoğan terrorla mübarizədə Türkiyənin nümunəvi davranışından söz açıb: “Terror bütün insanlığın, insanların düşmənidir. Bunun üçün bütün dövlətlərin terrora qarşı ədalətli davranış göstərməsi lazımdır”.

“S-400”lərlə bağlı məsələyə toxunan Türkiyə Prezidenti deyib ki, Donald Tramp ABŞ tərəfindən Türkiyəyə sanksiyalar tətbiq olunmayacağını bildirib: “Rusiya ilə anlaşmanın pozulması Türkiyə tərəfdən atılacaq addım ola bilməz. Biz Amerika ilə strateji ortağıq. “F-35”lərlə bağlı 1 milyard 400 min dollar ödəməmiz var. Hazırda da ödəmələr edilir, gözləməkdəyik. Donald Trampın öz dilindən sanksiyaların tətbiq olunmayacağını eşitdik. Biz ikili əlaqələrimizin pozulmayacağını düşünürük”.

Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı sualı cavablandıran Ərdoğan bu cinayətin ört-basdır edilməsinə Türkiyənin heç bir halda yol verməyəcəyini deyib: “Qaşıqçı cinayətində məsuliyyət daşıyanlar, günahkarlar əvvəlindən sonunadək araşdırılmalıdır. BMT-nin verdiyi hesabatın arxasında durmasını gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR