Ərdoğanla Tramp gələn ay Vaşinqtonda görüşəcəklər 

Ərdoğanla Tramp gələn ay Vaşinqtonda görüşəcəklər 
# 07 oktyabr 2019 00:11 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA-nın yerli bürosundan verilən xəbərə görə, telefon söhbətində ikitərəfli məsələlərlə yanaşı, Fərat çayının şərqində qurulması planlaşdırılan “təhlükəsiz bölgə” barədə də müzakirələr aparılıb.

Həmçinin danışıqlar əsnasında iki ölkə prezidentlərinin gələn ay Vaşinqtonda görüşməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR