Əfqanıstanda təyyarə qəzasında ölən amerikalı hərbçilərin şəxsiyyəti açıqlanıb

Əfqanıstanda təyyarə qəzasında ölən amerikalı hərbçilərin şəxsiyyəti açıqlanıb
# 30 yanvar 2020 12:44 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda təyyarə qəzasında ölən hərbçilərin şəxsiyyətini açıqlayıb.

APA-nın ABŞ Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 27-də Əfqanıstanın Qəzni vilayətində "Bombardier E-11A" təyyarəsinin qəzaya uğraması nəticəsində 46 yaşlı polkovnik-leytenant Paul Voss və 30 yaşlı kapitan Rayn Faneuf həlak olub.

Qeyd olunub ki, P. Voss Virciniyadakı “Langley-Eustis” hərbi bazası hava komandalığının, kapitan R. Faneuf isə Cənubi Dakota ştatındakı “Ellsworth” hərbi hava qüvvələri bazasının 37-ci eskadronunun hərbçiləridir. Onlar ABŞ-ın “Operation Freedom's Sentinel” missiyası çərçivəsində Əfqanıstanda xidmət ediblər.

Xatırladaq ki, İran mediası ABŞ-a məxsus təyyarədə həlak olanlardan birinin Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbi Asiya ölkələri üzrə departamentinin rəhbəri Maykl Andrea olduğunu iddia edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR