G20-nin 19 üzvü Paris İqlim Sazişinə sadiq qaldığını bəyan edib

G20-nin 19 üzvü Paris İqlim Sazişinə sadiq qaldığını bəyan edib
# 29 iyun 2019 13:04 (UTC +04:00)

ABŞ iqlim dəyişikliyi ilə bağlı Paris sazişinin həyata keçirilməsində iştirak etməyəcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ-dan başqa digər G20 ölkələri Osaka sammitinin yekun bəyannaməsində Paris İqlim Sazişinə sadiq olduqlarını təsdiqləyiblər: "Buenos-Ayres sammitində Paris İqlim Sazişinin yenidən müzakirə olunmayacağını və onun yerinə yetirilməsinə hazır olduğunu bəyan edən ölkələr ümumi razılığı, eyni zamanda müxtəlif milli mənsubiyyətlərin verdiyi məsuliyyət və imkanları nəzərə alaraq, bu sazişlə bağlı öhdəliklərinə sadiq qaldıqlarını bir daha bəyan edirlər".

Qeyd edək ki, əvvəllər müqaviləni tərk etmək niyyətini açıqlamış ABŞ bu sazişin həyata keçirilməsinin Amerika vergi ödəyicilərinin maraqlarına xidmət etmədiyini iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR