Güclü qar səbəbindən Çikaqoda 900-dən çox təyyarə reysi ləğv edilib

Güclü qar səbəbindən Çikaqoda 900-dən çox təyyarə reysi ləğv edilib
# 12 noyabr 2019 07:33 (UTC +04:00)

Bazar ertəsi Çikaqoya (İllinoys ştatı) yağan güclü qar səbəbindən hava limanlarında 900-dən çox təyyarə reysi təxirə salınıb.

APA ABC telekanalına istinadən xəbər verir ki, enmə-uçuş zolağının buzlu olması nəticəsində “American Airlines” şirkətinə məxsus təyyarə O'Hara Beynəlxalq Hava Limanına qəzalı eniş edib, lakin heç kim xəsarət almayıb.

Bildirilir ki, hazırda Çikaqoda 12 sm-ə qədər qar yağıb. İllinoys ştatında havanın temperaturunun mənfi 20 dərəcə olduğu deyilir. ABŞ-ın Midvest və Şərq Sahilindəki əyalətləri əhatə edən soyuq hava kütlələri çərşənbə axşamına qədər Nyu York və Vaşinqtona çatması ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR