Güclü yanğın Cənubi Kaliforniyada 11 minə yaxın insanın təxliyə edilməsinə səbəb olub

Güclü yanğın Cənubi Kaliforniyada 11 minə yaxın insanın təxliyə edilməsinə səbəb olub
# 02 noyabr 2019 19:05 (UTC +04:00)

ABŞ-ın Cənubi Kaliforniya ştatının Santa Paula şəhərində baş verən güclü təbii yanğın səbəbiylə 10888 sakin təxliyə edilib.

APA-nın "CBS News" telekanalına istinadən verdiyi xəbərə görə, yanğın 3532 min hektar ərazini əhatə edir.

Yanğınla mübarizəyə 1300 yanğınsöndürən, 191 yanğınsöndürən maşın, 8 vertolyot, 22 buldozer cəlb olunub.

Oktyabrın 31-də başlayan yanğının indiyə qədər yalnız 20%-i lokallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR