Hondurasın paytaxtında prezident əleyhinə etiraz aksiyaları keçirilib

Hondurasın paytaxtında prezident əleyhinə etiraz aksiyaları keçirilib
# 07 avqust 2019 06:38 (UTC +04:00)

Hondurasın paytaxtı Tequsiqalpada minlərlə insan küçələrə çıxaraq, prezident Xuan Orlando Ernandesin 2013-cü il seçkiləri zamanı öz kampaniyasını narkotik mafiyasından əldə etdiyi vəsait hesabına maliyyələşdirməsi iddiası ilə istefasını tələb ediblər.

APA “Reuters”ə istinadən xəbər verir ki, etirazçılar paytaxtın mərkəzi küçələri ilə parlamentə doğru yürüş keçirib və dövlət başçısına qarşı şüarlar səsləndiriblər.

Nümayiş zamanı sonradan polislərlə toqquşmalar yaşanıb, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Yerli Qırmızı xaç bölməsinin məlumatına görə, toqquşmalar zamanı 5 nəfərə tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR