Kanadada 5,1 maqnitudalı zəlzələ qeydə alınıb

Kanadada 5,1 maqnitudalı zəlzələ qeydə alınıb
# 06 iyul 2019 03:28 (UTC +04:00)

Kanadanın qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Geoloji Araşdırmalar mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 05:58-də Bella-Bella yaşayış məntəqəsinin 229 kilometrliyində 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntılar və ya tələfat barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR