Keçmiş MKİ snayperi ondan ayrılan sevgilisini öldürüb

Keçmiş MKİ snayperi ondan ayrılan sevgilisini öldürüb
# 16 sentyabr 2019 04:10 (UTC +04:00)

Dünyanın qaynar nöqtələrində xidmət edən keçmiş MKİ snayperi Vinsent Verdi ayrılmaq qərarına gələn sevgilisini güllələyib.

APA xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Bildirilir ki, 56 yaşlı Elizabet Li-Hermat V.Verdi ilə görüşürmüş, ancaq bir neçə aylıq əlaqədən sonra o, ayrılmaq qərarına gəlib. Kişi isə sevgilisinin qərarını qəbul etmək istəməyib, daim onu zəng edib, çiçəklər və şirniyyatlar göndərib və sonradan onu təqib etməyə başlayıb.

İzləndiyini görən qadın polisə müraciət edib, amma hüquq-mühafizə orqanlarının xəbərdarlığından sonra Verdi bir daha sevgilisini izyib və qarnından vurduğu güllə ilə onu öldürüb.

İşi araşdıran məhkəmə Verdini 18 illik həbs cəzasına məhkum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR