KİV: Vaşinqton Səudiyyə Ərəbistanındakı hücumlara mümkün hərbi cavabı müzakirə edir

KİV: Vaşinqton Səudiyyə Ərəbistanındakı hücumlara mümkün hərbi cavabı müzakirə edir
# 16 sentyabr 2019 07:21 (UTC +04:00)

ABŞ hökuməti “Saudi Aramco” neft şirkətinə edilmiş hücumlara qarşı cavab tədbirlərinin mümkünlüyünü müzakirə edir.

APA “Washington Post”a istinadən xəbər verir ki, prezident Donald Tramp Vaşinqtonun tam döyüş hazırlığı vəziyyətinə gəlməsi barədə göstəriş verib.

“Tramp administrasiyası onun nümayəndələrinin cavab tədbirlərini necə xarakterizə etdiyini düşünür, bununla belə, Pentaqondakı bəzi şəxslər təmkinli olmağa çağırıb”, - deyə agentlik məxfi mənbəyə istinadla yazıb.

Nəşr bildirir ki, Tramp müdafiə naziri Mark Esperlə görüşüb, lakin danışıqların təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR