KİV: Pompeonun baş müşaviri istefa verib

 KİV: Pompeonun baş müşaviri istefa verib
# 11 oktyabr 2019 14:11 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeonun baş müşaviri Maykl Makkinli istefa verib.

APA-nın xəbərinə görə, bu barədə "The Wall Street" jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, M. Makkinli dövlət katibi M. Pompeonun Ukrayna hakimiyyətinə təzyiq iddiasında adı hallanan və ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı ifadə verməyə çağırılan diplomatlara kifayət qədər dəstək verməməsindən məyus olduğunu bildirib.

O, ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçin istefasından ciddi şəkildə narahat olub.

M. Makkinli Ukrayna məsələsi ilə birbaşa əlaqəli şəxs olmayıb. O, müxtəlif dövrlərdə ABŞ-ın Əfqanıstan, Kolumbiya, Peru və Braziliyadakı səfiri kimi çalışıb. Son dövrlərdə M. Makkinli Venesuela, Meksika və Əfqanıstan məsələləri ilə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR