Kolumbiya ilə Venesuela sərhədi yaxınlığında güclü partlayış nəticəsində 12 nəfər həlak olub

Kolumbiya ilə Venesuela sərhədi yaxınlığında güclü partlayış nəticəsində 12 nəfər həlak olub
# 19 iyun 2019 01:40 (UTC +04:00)

Kolumbiya ilə Venesuela sərhədinə yaxınlıqda yerləşən Boca de Qrita kəndində baş vermiş partlayış nəticəsində azı 12 nəfər həlak olub.

APA “TASS”a istinadən xəbər veri ki, hadisə çərşənbə axşamı baş verib. Naməlum şəxslər tərəfindən aktivləşdirilən partlayıcının işə düşməsi nəticəsində 12 nəfər həyatını itirib, 10 nəfər isə müxtəlif dərəcədə ağır xəsarətlər alıb.

Kolumbiya hökumət qüvvələri tərəfindən sərhədi qeyri-qanuni yolla keçmək istəyən iki nəfəri saxlayıb.

Bildirildiyinə görə, bu cür partlayışlar adətən sərhəd ərazisində yanacaq qaçaqmalçılığı ilə məşğul olan müxtəlif cinayətkar qrupların toqquşması nəticəsində baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR