Mayk Pens: "YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək"

Mayk Pens: "YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək"
  • Clock-gray 21:58
  • calendar-gray 17 Oktyabr 2019

"Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı qərar qəbul edib".

APA-nın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

O, qeyd edib ki, YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək. Onun sözlərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğanla təhlükəsiz bölgə məsələsində razılaşma əldə edilib: "Barış bulağı" əməliyyatı dayandırılacaq, 5 gün içində təhlükəsiz bölgə elan ediləcək və YPG ərazidən çəkiləcək. Suriya sərhədlərində təhlükəsizlik təmin olunacaq".

Pens hərbi əməliyyatlar başa çatanda sanksiyaların da dayandırılacağını əlavə edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date