Meksika sahillərində güclü zəlzələ qeydə alınıb

Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
# 15 avqust 2019 03:50 (UTC +04:00)

Meksikanın Sakit okean sahillərində güclü zəlzələ olub.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, 5,8 maqnitudalı zəlzələ Kabo-San-Lukas şəhərinin 275 kilometrliyində və 10 km dərinlikdə qeydə alınıb.

İtki və dağıntı barədə hələlik bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR