Meksikada 20 nəfərin meyiti aşkar olunub

Meksikada 20 nəfərin meyiti aşkar olunub
  • Clock-gray 04:35
  • calendar-gray 09 Avqust 2019

Meksikanın Miçoakan ştatında 20 nəfərin meyiti aşkar olunub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın təhlükəsizlik naziri İsrael Patron məlumat yayıb.

Onun sözlərinə görə, əvvəlcə Uruapan şəhərinin üç fərqli yerində meyitə rast gəlinib. Daha sonra 9 meyit körpüdən asılmış vəziyyətdə tapılıb. Onların arasında iki qadın da olub.

Bunların ardınca daha 7 meyit hissələrə bölünmüş halda aşkarlanıb. Onların müayinəsi zamanı üzərlərində güllə yaralarının olduğu müəyyən edilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date